"Seksual yuxugörmələr" Erotik Hekayeler Sex Hekayeler
Seksual Yuxugörmələr
Yuxu və yuxugörmə nədir? Yuxu insanın psixo fizioloji aktı olub yatarkən subyektiv hisslər keçirmə qabliyyətidir. bu hisslər görmə, dad, və s ola bilər. yuxunun tam mexanizmi və səbəbi öyrənilməmişdir. Amma hələ qədimdən yuxuya qeyri adi və fövqaltəbii qüvvələrlə əlaqəli hadisə kimi baxırdılar. Bütün keçmiş hökmdarlar öz yuxularını yozmaları üçün saraylarında münəccimlər saxlamışlar. 100 və 1000 hətta 10 000 il əvvəl yuxuyu və onun sirlərini açmaq istəmişlər. Hətta bəzən dövlətlər də hökmdarların yuxudakı gördükləri və aldıqları qərarlarla idarə etmişdirlər. Antik dovlərdən yuxuların yozulması açilması müxtəlif təriqətlər, dinlər, xalqlar və inanclara görə dəyişirdi. Təbii ki illər keçdikcə bu düşüncələr də dəyişirdi. məsələn asia xalqlarında yuxuda öd görmənin yozumu avropa və afrikada başqa cür idi. Təbii ki, bəzən də bu insanların və hakimiyyətin maraqları çərçivəsində düşüncəsində saxlanılırdı. Təbii ki insanların inkişafi və texnikanın inkişafi hər şeyi dəyişdi. Artıq yuxugörmələrlə bağlı elm sahəsi var. Bu oneyrologiya adlanır. yuxular müxtəlif olur. onlar bəzən yadda qalan və parlaq, rəngli, bəzən solğun və yadda qalmayan, rəngsiz olur. Yuxuda mövzular və hissiyatlar müxtəlif ola bilər. bu yeməklə, səyahətlə, çətinliklə, döyüşlə, və s. Bura minlərlə mövzu əlavə etmək olar. Bu mövzulardan biri də seks və cinsəllikdir. Yuxu insanın beyninin özündən asılı olmadan yaratdığı obrazlardır. bu obrazların yaranma səbəbi həmin insanın həyatındakı olmuş, olan və bəzən də yaşanacaq hadısələrlə sıx bağlıdır. Bizim bir atalar sözü var ac toyuq yuxuda darı görər. . insan həyatda çatmadığı istək və arzulara yuxuda görmək və təsəvvür etmək istəyir. amma bu bütün yuxulara aid edilə bilməz. intelektual insanlar, ağıllı insanlar, alimlər, mənəviyyatı yüksək insanlar, din xadimləri, dövlət başçıları, gördükləri işlə bağlı yuxular da daha mənalı və daha əhəmiyyətli olur. Təsadüfən deyil ki, bəzi alimlər dünyəvi kəşflərini yuxuda görmüşlər. Nyuton, Mendeleyev və s. Bes niye baş verir.? İnsan yuxuda beyin qabığının nəzarətindən artıq dərəcədə azad olur. Və artıq beyin qabığı qabığaltı nüvələrin təsirinə düşmədiyi üçün "düşüncələrin azadlığı" baş verir. Qabıqaltı necə işləyirsə yuxular da o qədər mürəkkəbləşir. Yuxuda seks də bura aiddir. Cox az hallarda yuxuda seks hansisa digər həyat hadisəsi ilə bağlı ola bilər. Adətən seks bir başa özü-özü ilə əlaqədardır. Bu nə deməkdir? Tutaq ki götürək tipik azərbaycanlı ailəsini: Yaxşı ailə, hörmət, sevgi, tərbiyə və ən əsas da Tabu və Qadağalar. 1-il, 5 -il, 10 il, davam edən adiləşmiş seksual ailə münasibəti, ancaq insan beyni axtarışdadır. Yeni və qadağaları aşma insanın şuuraltı təbiətidir. Buna qisa izah: Şuuraltı nədir? Şuuraltını öz körpə uşağınız kimi təsəvvur edin, o sizindi amma heç də hər zaman siz dediklərinizi eləmir. Siz deyəndə ay uşaq bu konfeti yemə, elektriklə oynama o isə daha da oynamaq istəyir, ya uşağa hansısa bir oyuncağı qadağa edin. Həmin an körpənin ona meyli daha da artacaq. Yuxuda seks də bu formadadır. İnsan normal həyatda edə bilmədiyi, ala bilmədiyi həzzi yuxuda seks formasında yaşayır. Bunun səbəbi adətən partniyorla psixoloji yaxın olmamaqdadır. məsələn kişilər bu mənim həyat yoldaşımdı, bu ayibdi, ondan nəy, necə soruşum, ? və S kimi suallarla aciz, qadınlar isə oz huquqlarını bilmədən əgər mən seksdə bunu istəsəm, hansısa cur istəsəm həyat yoldaşım nə düşünər.? və s. Bu səbəbdən də seksual münasıbətlərin daha aydın olmasu üçün insan seksi ucuzlaşdirmamalıdir. Ailədə yatağa küsgün girilməməlidir, seks cütlüyün qarşiliqlı harmoniyası olmalıdır. və daima inkişaf etməlidir. İnkişaf dedikdə həm qadın həm də kişinin öz partniyorunun seksual isteylerinin və fantaziyalarını necə təmin etmək, necə yerınə yetirmək, monoxromluqdan qaçmağı nəzərdə tuturam. Bütün bunlara baxmayaraq hətta ən yaxşı və ideal münasıbəti olan insanlar da bəzən izahsız seksual yuxu görə bilərlər. Hər bir seksual yuxu əgər problemlə qaynaqlanırsa o aradan qaldırılmalıdır. Yuxu əxlaqsız və aldatma, mazoxizm, sadizmlə əlaqəlidisə buna insan özü qadağa qoymalı, və baryer yaratmalıdır. Cünki bu arzuolunmayan nəticələrə gətirə bilər. Bu sadaladıqlarımdan başqa SEKSOMNİYA və ya seksomaniya deyilən bir psixiatrik hal da vardır ki, bu zaman insan yuxuda ikən qəflətən ayılıb sekslə məşqul olmaq arzusuna düşür. Bu zaman o yuxuda olur, və "ayilib" partniyoru seksə təhrik edir, butun hərəkətləri real həyatdakı, ancaq prosesi ağıllı dərk etmir. Bəzən qaba və kobudluga, bəzən də hətta vəhşiliyə yol verir. Bunu qəsdən yox dərk etmədən edir. Səhər ayıldıqda heç bir şeyi xatırlamır. Ümumən bu xəstəlik LUNATİZMin bir novüdür. lunatiklər gecə ayılıb gedirlər, qapını açırlar, gəzirlər. Səhər isə heç bir şey xatırlamırlar. Son dövrlərdə aşkarlanıb ki seksomniya yuxuda apnoe-boğulma, və xoruldama ilə çox əlaqədardır. Bu beyinin oksigen təchizatının azalması ilə baş verir. Amma bu da bütün xəstələrə aid deyil.
Oxunub: 191 defe • Əlavə Etdi: Anonim
Əlavə Edilib: 13-07-2021 00:08:22
Axtarış Buludu: Seksual Yuxugörmələr
Hekayəni Paylaş:
Maraqlı Hekayələr