"Yuxuda sevişmək nəyə yozulur?" Erotik Hekayeler Sex Hekayeler
Yuxuda Sevişmək Nəyə Yozulur?
Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəliklə bağlı olur və bizi təəccübləndirir. Bu cür yuxular adətən eyni şəkildə yozulur. Yuxuda həyat yoldaşı ilə intim əlaqədə olmaq: Qazanc, bərəkət və bolluğa işarədir. Yuxuda əvvəlki həyat yoldaşı (sevgilisi) ilə birlikdə olduğunu görmək: Bu cür yuxular onu hələ də unuda bilmədiyinizi, ona bəslədiyiniz duyğularınızın qarşısını ala bilmədiyinizi göstərir. Başqa bir yozuma görə, eks-həyat yoldaşınıza, yaxud da sevgilinizə bir köməyiniz dəyəcək. Yuxuda öz həmcinsi ilə cinsi münasibətdə olmaq: Bu cür yuxular cinsi tabuları və təzyiqləri bildirir. Bu isə birbaşa şüur altına təsir göstərir. Bəzi yozumlara görə də, yuxuda gördüyünüz insanın sizi köməyi dəyə bilər. Yuxuda başqasının həyat yoldaşı ilə cinsi olmaq: Səhvləriniz və günahlarınızın cəzasını çəkəcəyinizi göstərir. Yuxuda yad kişiylə birlikdə olmaq: Basdırmağa çalışdığınızın cinsi arzularınızın şüur altına təsiridir. Köhnə yuxu yozanların təbirincə, bu cür yuxular eşq həyatınızın canlanacağına işarə verir. Yuxuda cinsi orqan: Yaxın bir tarixdə əlinizə gözləmədiyiniz yerdən pul keçə bilər. Bu cür yuxular adətən bolluq və bərəkətə işarə verir. Yuxuda ölü biri ilə cinsi münasibətdə olmaq: Yuxuda gördüyünüz ölü həyat yoldaşınızdırsa, ondan ötrü darıxdığınızı bildirir. Yuxuda ölü ilə intim münasibətdə olmaq, yaxud öpüşmək, bir mirasa sahib olacağınıza dair işarədir.
Əlavə Edilib: 13-07-2021 00:43:01
Maraqlı Hekayələr