"Seks bu xəstəlikləri sağaldır" Erotik Hekayeler Sex Hekayeler
Seks Bu Xəstəlikləri Sağaldır
Seksdən uzaq duranlara pis xəbərimiz var. Seksdən imtina yalnız ruhunuzu təmizləyə bilər. Orqanizmə xeyiri isə cüzidir. Seks dözümlülüyü barəsində müasir elmin deyə biləcəyi ən yaxşı hal onun cüzi xeyiri var və seksdən yalnız müəyyən dərəcədə uzaq olmaq lazımdır. Sağlam mütamadi seks kişilərə və qadınlara xeyli üstünlüklər verir (əlbəttə ki, sağa-sola gedib cinsi xəstəliklər tutmasanız). Belfast Kral Universitetində araşdırmalar aparılmışdır və kişi sağlamlığının seksdən asıllığı öyrənilmişdir. Araşdırmaların nəticələri “British Medical Journal”da çap olunmuşdur. Nəticədə daha çox orqazm olan kişilər arasında ölüm sayı ümumiyyətlə sekslə məşğul olmayan kişilərin ölüm sayından iki dəfə azdır. Digər araşdırmalar da var və iddia olunur ki, seksin sağlamlığı aşağıdakı müsbət təsirləri mövcuddur: İybilmə qabiliyyətini yaxşılaşdırır. Seksdən sonra prolaktin hormonu çoxalır. Bu öz növbəsində iy bilmə qabiliyyətinə cavabdeh olan beynin hissəsində yeni neyronlar yaradır. Ürək xəstəlikləri riski azalır. Belfast Kral Universitetinin araşdırmacıları müəyyən ediblər ki, həftədə ən azı 3 dəfə sekslə məşğul olan kişilərdə insult və infarkt olmaq riski iki dəfə aşağıdır. Çəki azalır, ümumi hal yaxşılaşır. Seks – fiziki məşqdir. Bir ehtiraslı cinsi əlaqə 200 kaloriy yandırır ki, buna siz 15 dəqiqə qaçmaqla nail ola bilərsiz. Ehtiraslanmış insanda ürək döyüntüləri idmançılarda olduğu kimi 70-dən 150-ə qədər artır. Həmçinin seks zamanı sinə, çanaq, qol və yan əzələləri hərəkətə gəlir. Depressiya azalır. ABŞ psixoloqu Qordon Qellap iddia edir ki, prezervativsiz sekslə məşğul olan qadınlarda depressiya halları prezervativlə sekslə məşğul olan qadınlardakı depressiya hallarından qat-qat aşağıdır. Məsələ ondadır ki, spermanın tərkibində olan prostoqlandin hormonu qadın cinsi orqanlarına hoparaq, qadın hormonlarını artırır. Ağrıkəsici. Orqazm öncəsi oksitosin hormonunun sayı 5 dəfə artır. Bu endorfinin yaranmasına səbəb olur ki, endorfin ağrıkəsici funksiyasına malikdir. Baş ağrılarından tutmuş, artrit və miqrenə qədər kömək edir. Qadınlarda seks zamanı estroqen artır ki, aybaşı xəstəlikləri zamanı yaranan ağrıları azaldır. Qrip və soyuqdəymə riskini azaldır. Pensilvaniya ştatının Wilkes Universitetində araşdırmalar aparılmışdır. Nəticədə həftədə ən azı iki dəfə sekslə məşğul olan insanlarda immunoqlobulin A anticisminin 30% artıdığı təyin olunmuşdur. Bu anticismlər insanın immun sistemini möhkəmləndirir. Sidik kisəsinin vəziyyəti yaxşılaşır. Cinsi orqanın əzələləri üçün Keqel həkimin məşqləri barəsində eşitmisiniz? Biz bunu həmişə sidikdən sonra şuuraltı edirik. Beləki, eyni əzələlər cinsi əlaqə zamanı da işləyir. Sağlam prostat. Bəzi uroloqlar eakulyasiyanı (boşalma) prostat sağlamlığının əsası kimi sayırlar. Beləki, sperma istehsalı üçün prostat qandan sink, limon turşusu, kaliy kimi maddələri yığır və sonradan onların səviyyəsini 600 dəfəyə qədər artırır. Kanseroqenlər də qanda mövcud olduğundan mərkəzləşirlər. Bu kanseroqenləri orqanizmdə saxlamaqdansa eakulyasiya ilə onlardan azad olmaq daha məsləhətlidir. Buna siz köhnə və sadiq dostunuz seks ilə nail ola bilərsiniz. Lakin əgər sizi yalnız prostat təmizliyi narahat edirsə, bunu masturbasiya ilə də edə bilərsinizz. “British Journal of Urology International” də çap olunan məqalədə göstərilir ki, 20 yaşlı kişilər həftədə ən azı 5 dəfə boşalmaqla prostat xərçənginə tutulma riskini 3 dəfə azaltımış olurlar. Həmçinin qeyd edək ki, eyni zaman kəsiyində bir neçə qadınla cinsi münasibətdə olmaq prostat xərçənginə tutulma riskini 40% artırır. Unutmayın ki, yüksək seksual istəyin olması ideal sağlamlığın rəmzi olmasa da, seksual istəksizlik sizin orqanizmdə problemlərin olmasına işarədir. Cinsi orqanda ereksiya problemi ürək-damar sistemində çatışmamazlıqla əlaqəli ola bilər. Bu həmçinin şəkərin, hipertoniyanın və ya yüksək xolesterinin olması ilə əlaqədar ola bilər. Bununla mübarizədə ilk sıralarda idman durur.
Oxunub: 261 defe • Əlavə Etdi: Anonim
Əlavə Edilib: 13-07-2021 03:25:01
Hekayəni Paylaş:
Maraqlı Hekayələr