"Cinsi yolla yoluxan infeksiyalar" Erotik Hekayeler Sex Hekayeler
Cinsi Yolla Yoluxan Infeksiyalar
Seksuallıq insan kimi malik olduğunuz dərin pərəstişi təlqin edən fiziki qüvvət Nigahda olduqda, məhəbbəti izhar etmək, yeni həyatı qurmaq və nəsli davam etdirmək vasitəsidir. Nigahdan kənarda, məhəbbətə, həyata, uşaq doğuşuna dağıdıcı təsir edir. Düşünülməmiş seksual fəallıq əslində fiziki həyata və reproduksiyaya təhlükə yaradan üsullardan biri kimi cinsi yolla yoluxan infeksiyaların (CYYİ) yayılmasına səbəb olur. Qırx il bundan əvvəl CYYİ və ya zöhrəvi xəstəliklər az və ən çox yayılmış xəstəliklər sifilis, süzənək idi. Hər iki xəstə fahişələr arasında rast gəlinirdi. İndi isə az məlum olan xəstəliklər təhlükəli hala çevrilmişdir. Faciəli olsa da, əhalinin başqa qruplarına nisbətən yeniyetmələr arasında daha çox yayılıb. Ümumdünya Səhiyyə Təşkilatın göstəricilərinə əsasən hər 20 yeniyetmədən biri bu xəstəliyə düçar olur. Bu dramatik səs-küyə səbəb nigahda olmayan cavanların arasında seks fəallığın yayılması, xəstəliklər arasında məlumatsızlıq, başqalarının təənəsindən qorxaraq vaxtında həkimə müraciət olunmamasıdır. Xəstələnmə nöqtəyi-nəzərindən birdən artıq partnyorun olması, o biri partnyorla da əlaqə deməkdir. Adamlar hesab edirlər ki, maraq göstərdikləri adam sağlamdır. Kim zamin ola bilər ki, onun əvvəl ki partnyoru sağlamdır? Bunu bilmək mümkün deyil. CYYİ qədimdən zöhrəvi xəstəlik adlanır, məhəbbət ilahəsi Zöhrənin adı ilə bağlıdır. Yeri gəlmişkən Ilahəni nahaqdan küsdürürlər. CYYİ ilə ən çox bir necə partnyorla cinsi əlaqədə məhəbbətsiz olan adamlar xəstələnirlər. Hazırda 30-dan çox CYYİ məlumdur. Cinsi Yolla Yoluxan Infeksiyalar – bir insandan digərinə seksual (cinsi, anal və oral) əlaqə ilə yoluxan xəstəliklərdir. CYYİ-ların ən çox rast gəlinən əlamətləri: • Kişilərdə sidik kanalından, qadınlarda uşaqlıq yolundan gələn ifrazat ( qatı selik, irin və s.) • Ağrılı sidik ifrazatı ( kəskin ağrılar, yanğı hissi) • Dəridə və cinsiyyət üzvlərinin selikli qişalarında dəyişikliklər (qızartı, səpgilər, ağrılı bərkimələr) Yadda saxlayın ki, insan onda CYYİ-nin olmasından uzun müddət xəbərdar olmaya bilər, çünki bir çox xəstəliklərin nəzərəçarpan əlamətləri olmur; cinsi üzvlərdə həmişə dəyişikliklər olmur; bundan əlavə bəzi xəstəliklər uzun müddət özünü göstərməyə bilər. Özünü müalicə aşağıdaki səbəblərə görə çox təhlükəlidir: • İnsan özü heç vaxt hansı infeksiyaya yoluxduğunu bilmir, buna görə də düzgün müalicə seçə bilmir; • Müalicə edilməmiş xəstəlik əvvəl-axır xroniki formaya keçir və fəsadlarla ağırlaşa bilər; • Antibiotiklərin qeyri-düzgün qəbulu ( dozanın az olması və ya qəbullar arasında olan vaxtın çох uzun olması) xəstəlik yoluxucusunun dərmanlara qarşı davamlılığını artırır, belə infeksiyadan can qurtarmaq isə çox çətin olur. Bir çox xəstəlikləri tez və asanlıqla müalicə etmək olur – buna görə insan həkimə nə qədər tez müraciət etsə, bir о qədər yaxşıdır. Müalicə kursunun düzgün aparılması və gözlənilməsi, cinsi əlaqələrdən müvəqqəti imtina, spirtli içkilərdən çəkinmə xəstəlikdən tez sağalmanın şansını artırır. Cinsi partnyorlar yoluxmuş şəxslə birlikdə müalicə almalıdır, əks təqdirdə təkrar yoluxma baş verə bilər. Müalicədən sonraki analizin aparılması əlavə zəmanət sayılır. Hepatit B,C,D və digərləri (A-dan başqa) Hazırda infeksion hepatitin 9 növü vardır və onlardan yalnız A tipi CYYİ deyil. Yəni Hepatit A-ya məişət vasitələri, qida, su ilə yoluxmaq olur. Digərlərinə isə cinsi yolla və qan yolu ilə yoluxmaq mümkündür. Bütün infeksion hepatit növləri – viruslardır. Əlamətlər: Yoluxmadan bəzən 6 ay sonra əmələ gələ bilər. Hepatit B-nin əsas əlamətləri saralmış dəri və selikli qişalar, göz skleralarıdır. Yorğunluq, bəzən yüksək qızdırma olur. Xəstələrin sidiyi tündləşir, tünd pivə kimi köpüklənir. Nəcisin rəngi isə ağarır. Hepatit C çox vaxt sarılıqsız keçir. Həkimə müraciət etməyə sağ qabırğa altında ağrılar və həzm pozğunluğu vadar edir. Hepatitlər qaraciyərə çox böyük ziyan vurur. Bir çox xəstələr müalicəni və əsas olaraq pəhrizi vaxtında başlasalar da, bir müddətdən sonra onlarda sirroz əmələ gəlir. Qaraciyərin orqanizmdə çox böyük rolu vardır, onu nahaq yerə orqanizmin laboratoriyası adlandırmayıblar. Sirroza uğrayan qaraciyər təmamilə sıradan çıxır, orqanizmdəki proseslər düzgün getmir və çox hallarda ölümlə nəticələnir. Hepatit C isə bir çox hallarda bədxassəli şiş – karsinomaya keçir, bu da tezliklə həyata son qoyur. Hepatit D orqanizmdə hepatit B və C virusları olduqda olur. Təkbaşına yoluxma hallarına rast gəlinmir. Hepatitin yoluxma ehtimalı çox yüksək – HİV-ə yoluxmadan 100 dəfə yüksək olur. Çoxlarında bu 2 infeksiya yanaşı gedir. Bu da müalicəni çətinləşdirir. Müalicə: • Virus əleyhinə preparatlarladır. • Həyat boyu davam edən pəhriz əsas rolu daşıyır. Hepatit В, C və digərlərinin qarşısının alınması • Hazırda körpələrə doğum evlərində və sonradan daha 2 dəfə Hepatit B-yə qarşı peyvənd edilir. Bu da о deməkdir ki, bu uşaqlar uzun müddət Hepatit B-yə yoluxmayacaqlar 18 yaşından sonra peyvəndi bir daha etmək olar. Sonuncu peyvənddən sonra 5-7 il müddətinə Hepatit B-yə yoluxma ehtimalı çox az olur. Hepatit B xəstəliyini keçirən adamda uzunmüddətli immunitet yaranır, amma bu, digər hepatitlərdən qorumur. • Hepatit C ilə işlər daha müşküldür. Onunla bir dəfə xəstələnsən belə, təkrar yoluxa bilərsən. Buna görə hər dəfə qorunmaq lazımdır. Cinsiyyət üzvlərinin ziyilləri Xəstəliyin törədicisi – insan papillomavirusudur. Çox kəskin yoluxucu xəstəlikdir, müalicə olunmur. Onlar sift süzənəyi, trixomonazı müşayət edir. Ziyillər 1-3 aydan sonra əmələ gəlir, qarşısı alınmasa tez yayılır. Göynəmə və qaşınma verir, iri olduqda bədənin sidik cinsi üzvünün yolunu tutur. Cinsiyyət üzvləri ziyillərini kəsmək olar, amma virus qalır və yenidən əmələ gəlir. Ziyil anadan olmuş uşağın boğazında da ola bilər. Müalicə: Həkim tərəfindən təyin edilmiş virus əleyhinə preparatlarladır. Müalicə bəzən uzun müddət çəkə bilər. Ziyilləri cərrahi əməliyyatla aradan götürürlər. Herpes (uçuq) Virus xassəli xəstəlikdir, yoluxucudur, zədələnmiş cinsiyyət üzvü ilə bilavasitə təmasda və ya partnyorun ağzında olan xoralardan keçir. Yoluxmanın əlamətləri təmasdan 1 ay sonra biruzə verir. Yoluxma zamanı ağızda və xarici üzvlərdə səpgilər əmələ gəlir, cinsi üzvlərdən irin ifraz olunur. Qızdırma, baş və əzələ ağrıları olur. Vaxtdan vaxta virus sanki “yatır”. Elə bil xəstəlik geri çəkilir. Xəstəliyi yüngülləşdirmək üçün preparatlar var. Herpes xərçəng əmələ gətirə bilər və daxili üzvləri zədələyən xəstə anadan doğulan uşağın xəstəliyə yoluxma ehtimalı çoxdur (40-60%). Yeni doğulmuşlar arasında herpesə yoluxanların 40%-i ölür, qalanlarda isə baş beyin zədəsinin %-i çoxdur. Cinsiyyət üzvlərinin herpesi 1984-cü ildən geniş yayılmış xəstəlikdir, 1989-cu il göstəricisinə görə 20-65% seksual aktiv adamlardır. Əsas əlamətlər- cinsiyyət üzvlərində, bəzən anusda və sağrılarda ağrıların, qaşınan qovuqların olmasıdır. Sonra bu qovuqlar açılır (partlayır), quruyur və qabıq əmələ gətirir. Kişilərdə – qovuqlar cinsiyyət üzvündə, sidik kanalında yerləşir. Qadınlarda – cinsiyyət dodaqlarında, klitorda, uşaqlıq yolunda və uşaqlıq boynunda yerləşir. Bir qayda olaraq qovuqların əmələ gəlməsindən əvvəl bədən temperaturu yüksəlir, nasazlıq, baş ağrıları və bel ağrıları olur. Yadda saxlamaq lazımdır ki: • Herpes virusu orqanizmdə ömür boyu yaşayır, əsasən sinir sistemində olur və özünü heç nə ilə büruzə vermir. Buna görə də xəstələr çox vaxt öz partnyorlarını yoluxdururlar. • Herpes immun sisteminə dağıdıcı təsir göstərir, xəstəliyi çoxsaylı təkrarlanması immun çatışmazlığı vəziyyətinə gətirir çıxardır. • Adi herpes virusu hamiləlik və doğuş patologiyasının inkişafına – qəfil abortlara və dölün bətndaxili ölümünə gətirir. Müalicə: Virus əleyhinə preparatlarladır. Onlar həkim tərəfindən təyin edilir. Sifilis Sifilis qədim dövrlərdən məlumdur. Pensilinin kəşfindən sonra sifilis azalmış, amma son vaxtlar yenə də çoxalıb. Bu xəstəlik solğun treponema adlanan bakteriya tərəfindən törədilir. İlk əlamətlərin üzə çıxması – 10 gündən 80 günə qədər çəkə bilər. Əlamətlərə görə xəstəlik 3 dövrə bölünür. Birincili sifilis – bakteriyanın daxil olduğu yerdə ağrısız bərkimənin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu törəməyə bərk şankr deyilir. Cinsi əlaqənin yolundan asılı olaraq şankr cinsiyyət üzvlərində, udlaq ‘badamcıqlarında, düz bağırsaqda və ya dəridə əmələ gələ bilər. İkincili sifilis – dəridə və selikli qışalarda səpgilər və sifilitik keçəlləşmə ilə özünü büruzə verir. Üçüncülü sifilis – yoluxmadan bir neçə il sonra inkişaf edir və sinir sisteminin, dayaq-hərəki aparatın və ürəyin zədələnməsi ilə xarakterizə olunur. Sifilisə yeni doğulmuşlar da yoluxurlar, dəri, gözlər, sümüklər, qaraciyər və dişlər zədələnir. Xəstəlik ancaq ilk mərhələdə müalicə olunur, əgər son mərhələyə keçərsə inkişafını ancaq dayandırmaq olar. Vurduğu ziyan dönməzdir. Yadda saxlamaq lazımdır ki: • Sifilis diaqnozu yalnız qan analizindən sonra qoyulur • Sağalma yalnız laborator analizlərin göstəricilərinə əsaslanaraq müəyyən edilir. Müalicə: • Antibiotiklər/antibakterial preparatlardadır. Onlar həkim tərəfindən təyin edilir. • Müalicəni olduqca tez başlamaq lazımdır – bu fəsadlaşmanın qarşısını alır. Xlamidioz Xlamidioz – çox yayılmış xəstəlikdir. Bir hüceyrəli parazit (xlamidia) törədir, selikli qişaları (məs: göz, və ya cinsi üzvləri) zədələyir, çox vaxt xəstəlik əlamətsiz olur, bəzən 21 gün ərzində cinsi üzvlərdən pis qoxulu, selikli – irin axır, sidik ifrazatı zamanı ağrı və qıcıqlanma olur. Kişilərdə sidik ifrazının pozulması, sidik kanalından zəif ifrazat, qadınların qarın boşluğunda ağrılar olur, aybaşılar arasında qanaxma ola bilər. Xlamidia reproduktiv sistem boyunca yayılır, qadınlarda yumurtalıqları, uşaqlığı, uşaqlıq borularını zədələyir, sonsuzluq əmələ gətirir. Xlamidiozla xəstələnmiş qadından doğulmuş uşaqlarda çox vaxt pnevmoniya olur. Xəstəlik antibiotiklərlə müalicə olunur, çox vaxt nəzərə çarpmadan keçir, bununla da xəstəyə böyük ziyan vurmaqla başqalarının yoluxmasına təhlükə yaradır. Xlamidioz barədə ilk məlumat 1976-cı ildə alınmışdır, indi geniş yayılmış xəstəlikdir. Statistikaya görə 25-35 % seksual aktiv yeniyetmələr bu xəstəliyə yoluxurlar. Yadda saxlamaq lazımdır ki: • Çох vaxt xəstəlik əlamətsiz keçir • Müalicə olunmamış xlamidioz sonradan kişilərdə sonsuzluq və cinsi zəiflik, qadınlarda isə hamiləliyin sonadək çatmamasına və yeni doğulmuşların patologiyasına gətirib çıxarır. Müalicə: • Xlamidioz antbiotiklərlə müalicə olunur. Onlar həkim tərəfindən təyin olunur. • Müalicəni bacardıqca tez başlamaq lazımdır, bu fəsadların qarşısını alır. Süzənək (qonoreya, tripper) Xəstəliyi törədən qonokok bakteriyasıdır. Yoluxdurucu partnyorla cinsi əlaqədə olanda keçir. Qonokok ən çox isti, nəm yerlərdə aktiv inkişaf edir (cinsiyyət üzvlərində, ağızda, gözdə). Inkubasiya dövrü 3-5 gündür. Süzənək xəstəliyində sidik, cinsiyyət üzvlərində, düz bağırsaqda, ağızın selikli qişasında, boğazda iltihablar əmələ gəlir, konyuktivit də ola bilər. Boğazda, düz bağırsaqda gicişmə, sidik ifrazında ağrılar ola bilər. Xəstəlik zamanı kəskin qoxulu, qatı, sarı rəngli ifrazatlar olur. Bakteriyalar artaraq oynaqlara, qarın boşluğuna, beyin qişalarına keçə bilir. Xəstə müalicə olunmuş qonokoklar tez bir vaxtda uşaqlığa, fallop borularına yayılır, qadında sonsuzluq baş verir. Kişilərdə prostatit olur, sonsuzluq baş verir, çünki spermatozoidlərin axınında keçməməzlik yaranır. Süzənək gənclər üçün xüsusən qorxuludur, çox vaxt artrit, ürək xəstəlikləri əmələ gətirir. Əvvəllər süzənəyi pensilinlə müalicə etmək olurdu, son vaxtlar qonokoklar preparata qarşı davamlılığı artmışdır. Odur ki, müalicə çətinləşmişdir. Qonoreyanın əlamətləri (simptomları): • Kişilərdə – cinsiyyət üzvündən “qaymaqvari” irinli ifrazat, qaşınma, ağrılı və tez-tez olan sidik ifrazatı. • Qadınlarda – uşaqlıq yolundan və sidik kanalından sarımtıl və ya yaşılımtıl ifrazat, qaşınma, ağrılı və tez-tez olan sidik ifrazatı. Yadda saxlamaq lazımdır ki: • Qonoreya özbaşına keçmir, mütləq müalicə almaq lazımdır • Müalicə olunmayan (xroniki) qonoreya gələcəkdə sonsuzluqla nəticələnir • Yoluxmuş ana doğuş zamanı xəstəliyi uşağa keçirə bilər. Müalicə: Qonoreya antibiotiklərlə müalicə olunur. Onlar həkim tərəfindən təyin olunmalıdır. Trixomonaz Trixomonaz – sidik cinsiyyət sistemi üzvlərinin selikli qişasının iltihabıdır – yanma gicişmə, çoxlu miqdar sarı rəngli pis qoxulu irin ifrazatı ilə müşayiət olunur. Trixomonada adlanan birhüceyrəli parazit vasitəsilə yayılır. Uşaqlıq yolunu və sidik kanalının selikli qişasını zədələyir. Kişilərdə əlamətləri azdır və ya heç yoxdur. Qadınlarda sidik ifrazı zamanı yanğı hissi, qaşınma, uşaqlıqdan kəskin iyli, köpüklü, ağımtıl ifrazat gəlir. Ona görə də, özləri də bilmədən infeksiya daşıyıcısı olurlar. Əlamətlər yoluxmadan 4 gündən 3 həftəyə qədər müddətində üzə çıxa bilər. Müalicə trixomonaza qarşı həblərlə aparılır, təkrar xəstələnməmək üçün eyni vaxtda hər iki partnyor müalicə olunur. Ən çox yayılmış trixomoniaz – sidik-cinsiyyət üzvlərinin trixomoniazıdır, ikinci yerdə – düz bağırsaq trixomoniazıdır. Yadda saxlamaq lazımdır ki: • Vaxtında olmayan və ya düzgün aparılmayan müalicədən sonra trixomoniaz xroniki formaya keçə bilər. • Yoluxmuş anaların uşaqlarının 5%-i trixomoniazlı xəstə olur Müalicə: • Parazit əleyhinə preparatlarla müalicə olunur • Müalicə mütləq həkimin təyinatı və müşahidəsi altında aparılmalıdır Kandidozlar Kandidozlar kandida göbələkləri tərəfindən törədilir. Kandidalar – sağlam adam dərisinin və selikli qişaların daimi nümayəndələridir. Onlar şəraitdən asılı olaraq xəstəlik törədirlər – məsələn, immun sistemi zəiflədikdə, şəkərli diabet zamanı, antibiotiklərin çox qəbulu zamanı, hamiləlik zamanı ve s. Beləliklə, kandidoza cinsi yolla yoluxmaq əsas şərt deyil, lakin xəstəlik kəskin olduqda bəzən partnyoru yoluxdurmaq olur. Əlamətlər: Yoluxmadan 4 gün-2 ay (orta hesabla 2-3 həftə) keçdikdən sonra əmələ gəlir. Kişilərdə – cinsiyyət üzvünün başında qızartı və ağımtıl erp şəklində; Qadınlarda – uşaqlıq yolunun və kiçik dodaqların əziyyətli qaşınma və yanğısı, kəsmik və ifrazat və qızartı şəklində özünü büruzə verir. Yadda saxlamaq lazımdır ki: • Kandidoz bəzən müalicəyə pis tabe olur, xəstəlik çox vaxt qayıdır, buna görə təkrar müalicə kursları lazım olur. • Kandidozun inkişafına müsbət təsir edən amillərin aradan qaldırılması, orqanizmi müqavimətini möhkəmlədən, immun sistemin güclənməsinə təsir göstərən vasitələrdə (vitaminlərdən) istifadə etmək, və paralel olaraq partnyoru müalicə etmək lazım olur. Müalicə: Göbələk əleyhinə preparatlarla aparılır. Onlar həkim tərəfindən təyin edilir. Qasıq biti Xəstə adamla cinsi kontaktda olanda çox vaxt qasıq bitliliyinə yoluxurlar. Bitlər isti tük çox olan yeri xoşlayırlar (qasıq nahiyəsi). Bitlərdən azad olmaq üçün xüsusi preparatlardan istifadə etmək lazımdır Qoturluq Qoturluq cinsi yolla yayılır. Başqa yayılma yolları da vardır. Xəstənin alt paltarı,dəsmalı ilə təmasda olduqda da infeksiya keçə bilər. Xəstəlik xırda həşarat – qotur gənəsi ilə yayılır. Bu gənələr cinsi üzv nahiyəsində və bədənin başqa yerlərində (baş və boyundan başqa) yaşamağı xoşlayırlar. Olduqları yerdə, xüsusən gecələr, qaşınma göynəmə hissi törədirlər.Qoturluğun üzvlərinin xüsusi dərmanlarla müalicə edirlər. Çanag üzvlərinin iltihabı xəstəlikləri Xlamidioz, süzənək və s. CYYİ reproduktiv üzvlərin iltihabını əmələ gətirir. Belə infeksiyalar bitişmələr (spayki) yaradır, uşaqlığa mayalanmış yumurta hüceyrəsini normal keçməsinə əngəl törədir, sonsuzluq baş verir. Uşaqlıqdan kənar hamiləlik yolu döl uşaqlıq borusunda inkişaf edir, vaxtında aşkar olunmasa boru partlayır, qadının ölümünə səbəb olur. Qadınların cərrahiyyə əməliyyatından sağ qalmaların baxmayaraq, 70%-i sonsuz olur. Kişilərdə qeyri-qonokok urətriti olur, əlamətlərinə görə süzənəyə oxşayır. Вu reproduktiv sistemdə iltihabi prosesə səbəb olur və sonsuzluğa gətirib çıxara bilir. Yeniyetmə qızın uşaqlıq boynunun selikli qişası artıq dərəcədə selik ifraz edir ki, bu da CYYİ üçün münbit şərait yaradır. Aybaşı başlanandan sonra 2 il ərzində ovulyasiyasız keçir, seliyi durulaşdırır, mikrobların inkşafına şərait yaradır. Tədqiqatı göstərir ki, çanaq nahiyəsində iltihablı xəstəliklərin inkişafını proqnozlaşdıran parametr cinsi həyatın başlanğıcıdır. Cinsi həyata 16 yaşına qədər başlayan qadınlarda, daha gec seksual aktiv olanlara nisbətən bu göstərici 2 dəfə artıqdır. Çanaq üzvlərinin iltihabi xəstəliklərinin müalicəsi, böyüklərə nisbətə yeniyetmələrdə daha çətindir. Onlarda antibiotiklərə qarşı həssaslığın az olma ehtimalı yüksəkdir, odur ki, cərrahiyə əməliyyatlarına ehtiyac artır. Usaqlıq boynu xərçəngi Sübut olunub ki, uşaqlıq boynu xərçəngi cinsi yolla keçən viruslarla bağlıdır. Ən çox bu xəstəliyə cinsi üzvlərində ziyillər olan qadınlar məruz qalırlar (uşaqlıq boynu xərçəngi ilə xəstələnmək ehtimalı 1000-2000 dəfə çoxdur). Bundan başqa tibb statistikası göstərir ki, uşaqlıq boynu xərçəngi cinsi hayata tez başlayan və bir neçə partnyoru olan qadınlarda daha çox inkişaf edir. Sitomeqalovirus Sitomeqalovirus (SMV) herpes viruslarının ailəsinə mənsubdur. Bu ailə sadə virusları, su çiçəyini törədən virusları, infeksion nononukleoz viruslarını birləşdirir. SMV sidikdə, ağız suyunda, ana südündə, qanda, göz yaşında, spermada, uşaqlıq yolu(vagina) möhtəviyyatında və s. aşkar edilir. SMV orqanizmin mayeləri ilə yaxın təmas zamanı keçə bilər. SİMPTOMLAR • Zəiflik; • Yüksək hərarət; • Boğazda ağrılar; • Yorğunluq əlaməti; • Limfa vəzlərinin şişkinlik. Bu xəstəlik əsasən latet (gizli) şəkildə keçir. İnsan özünün yoluxmasını hiss etmir. Xəstəlik anadan uşağa keçərsə, onun klinikası və fəsadları çox ağır olur. Yoluxmuş döldə mərkəzi sinir sisteminin (MSS) qüsurları inkişaf edir. SMV AIDS olan xəstələrin ölümünün əsas səbəblərindən biridir. DİAQNOSTİKA SMV-yə PZR metodu ilə spesfik əkiscismlərin təyin edilməsi ilə diaqnoz qoyulur. MÜALİCƏ cinsi yolla yoluxan infeksiyalar Alimlər SMV vaksininin hazırlanması və anadangəlmə xəstəliyin proflaktikası üzərində işlər aparılır. Hazırda əldə olan dərman peraparatları çox ciddi əlavə təsirlərə malik olduğundan, onlardan ancaq SMV xəstələrinin müalicəsində istifadə edilir. Ureaplazma – Mikoplazma Ureplazma (ureplasma urealyticum) və mikoplazma (mycoplasma genitalium) sidik-cinsiyyət sistemində iltihabı proseslər törədən mikroorqanizmlərdir. ÖTRÜLMƏ YOLLARI: • Cinsi yol; • Anadan uşağa; • Transplantasiya (orqanların köçrülməsi) zamanı. SİMPTOMLAR: • Sidik ifrazı zamanı yandırma; • Daim sidik ifrazına çağrış hissiyatı; • Sidik kisəsinin dolması zamanı güclü diskomfort; • Qadınlarda qaşınma və pis iyli ifrazat; • Kişilərdə -uretradan (sidik kanalından) tutqun rəngli selikli ifrazat. Ureaplazma spermatozoiddə uzun müddət parazit həyatı keçirə bilir, bunula da onun hərəkətini zəiflədir və nəhayət sonsuzluğa səbəb olur. DİAQNOSTİKA Diaqnoz vaginadan (uşaqlıq yolundan) və kişi cinsiyyət üzvündən götrülən yaxmaların müayinəsi (flüoressensiya və ya PZR testi) əsasında qoyulur. MÜALİCƏ Xəstəliyin başlanğıc dövründə antibiotiklərlə müalicə efektiv olur. AİDS – cinsi yolla keçən infeksion xəstəlikdir. Zöhrəvi xəstəliklərin yolunu kəsmək mümkün deyil. Məsələn, kontraseptivlər CYYİ-ya yoluxmanı müdafiə etmirlər. CYYİ-dan qorunmaq üçün müəyyən dərəcədə effektli müdafiə edə bilən yeganə kontraseptiv – prezervativdir. Lakin o kişi spermasının qadın cinsi üzvlərinə düşməsinin qarşısını alır. Prezervativ hazırlanan materialın məsamələri spermatozoid-lərdən kiçikdir, amma AİDS virusundan 10 dəfə, hepatit В virusundan 25 dəfə böyükdür. Beləliklə, CYYİ AİDS də daxil olmaqla davranışla əlaqədar xəstəliklərdir. Qorunma vasitələrinə şprislərdən düzgün istifadə olunması da daxildir, qanla və ya başqa bədən mayeləri ilə iş aparıldıqda iş qaydaları əməl olunmalıdır. Bu qayda əsasən tibb işçilərinə aiddir. Gənclik – kəşflərə, evlənməyin və ailə qurmağın həya hayatına hazırlıq deməkdir. Gənclik CYYİ ilə yoluxa biləcəkləri mümkünlüyü ilə əlaqədar narahatçılıq hissi keçirmiş, onun dağıdıcı nəticələri ilə olmuş, istənilən təhlükə qarşısında özünə inam yaratmışdır. Həqiqətən, məsuliyyətli adam özünü nəinki fiziki əzablardan, psixoloji zədələrdən də qorumalıdır. Həqiqətən həyat tərzinə riayət etsə və özünü idarə edə bilsə, xoşbəxt sonluqla nəticələnir.
Oxunub: 184 defe • Əlavə Etdi: Anonim
Əlavə Edilib: 13-07-2021 03:56:02
Hekayəni Paylaş:
Maraqlı Hekayələr