"Prezervativin istifadə qaydası" Erotik Hekayeler Sex Hekayeler
Prezervativin Istifadə Qaydası
Prezervativin istifadə qaydası – İstifadə müddəti bitmiş prezervativləri istifadə etməyin. – Qabının (folqa) hermetikliyi şübhə doğurduqda, prezervativi istifadə etməyin. – Folqanı açmaq üçün qayçı və ya digər iti predemtlərdən istifadə etməyin. Bu, prezervativi zədələyə bilər. Prezervativin möhkəm olmasına baxmayaraq, onu dırnaqla və zərgərlik, bəzək əşyaları ilə zədələmək olar. – Prezervativi yalnız tam ereksiya halında olan penisə taxın. Prezervativ penisin uzunluğu boyu bərabər şəkildə paylanmalıdır. Bu, onun istifadə zamanı cırılmasının qarşısını alar. – Prezervativin ucunda havanın olması onun cinsi akt zamanı cırılmasına səbəb ola bilər. – Prezervativdən uşaqlıq yolundan kənar istifadə olunması onun sürüşməsinə və zədələnməsinə səbəb ola bilər. Cinsi yolla ötürülən infeksiyaların qarşısını almaq üçün hətta oral seks zamanı belə prezervativdən istifadə olunmalıdır (ən nazik məhsullardan istifadə etmək olar). Anal və vaginal seks üçün müxtəlif prezervativlər buraxılır. Birincisi üçün prezervativ ikincisindən qalın və möhkəm olur ki, bu da cırılma riskini azaldır. Bunu hələ prezervativi alarkən nəzərə almaq lazımdır. – Ereksiyanın başlanğıc mərhələsində penisdən ifraz olunan mayenin tərkibində sperma və cinsi yolla ötürülən sifilis, qonoreya, henital herpes, xlamidiya kimi infeksiyalar ola bilər. Vaginal sekret də təhlükə mənbəyi ola bilər. Buna görə də penisin cinsi aktdan əvvəl və sonra partnyorun bədəni ilə kontaktına yol verməyin. – Prezervativlə birgə əlavə sürtkü kimi bitki, heyvan və kulinariya yağlarından, habelə losyon və vazelindən istifadə etməyin. Onlardan istifadə lateksin həll olmasına və prezervativin bütövlüyünün pozulmasına səbəb ola bilər. – Prezervativin cinsi orqanda, cinsi akt boyu qalmasına nəzarət etmək lazımdır. Prezervativ sürüşübsə, cinsi aktı davam etməzdən öncə yenisindən istifadə etmək lazımdır. – Prezervativlər bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilən təbii lateksdən hazırlanmışdır. Prezervativi istifadə edərkən xoşagəlməz hallar (selikli qişanın qıcıqlanması, göynəmə və s.) yarandıqda həkimə müraciət edin. – Prezervativi quru və sərin yerdə saxlamaq lazımdır. Birbaşa günəş şüalarının, istinin, yağlardan və həlledicilərin təsirindən qoruyun. – Heç bir kontrasepsiya metodu hamiləlikdən və ya cinsi yolla ötürülən xəstəliklərdən 100%-lik zəmanət vermir. Hal-hazırda yalnız prezervativdən düzgün istifadə etməklə bu kimi riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. – Unutmayın: prezervativ cırılıbsa, cinsi orqanı dərhal uşaqlıq yolundan çıxarmaq və antiseptiklə yumaq lazmıdır. – Bəzi infeksiyalar, məsələn, sifilis, genital herpes, papillomavirus, kontaqioz mollyusk və başqaları penis və penis ətrafındakı dərini zədələyir, deməli, prezervativlərdən istifadə etməklə də onları başqasına ötürmək mümkündür. Qadında olan səpgilər, qaşınmalar bu xəstəliklərə işarə ola bilər.
Əlavə Edilib: 13-07-2021 03:58:01
Maraqlı Hekayələr