"Əmimlə anam sevgili imiş (oxucu məktubu)" Erotik Hekayeler Sex Hekayeler
Əmimlə Anam Sevgili Imiş (oxucu Məktubu)
Rayonda yaşayırıq. 16 yaşında məktəbliyəm. Bir də balaca qardaşım var -9 yaşında. Atam illərdir ki, Rusiyada işləyir. Bizi çox yaxşı dolandırır. Hər nə istəsək alıb göndərir. Burada isə bizə əmim himəyadarlıq edir. Əmimin 30 yaşı var, evlənməyib. Çox vaxt bizdə qalır. Əvvəllər buna o qədər də əhəmiyyət vermirdim, deyirdim ki, belə də lazımdır, kənd yeridir, tək qalmayaq. Özüm də onu atam qədər çox istəyirdim. Amma bu yaxınlarda olan bir hadisə mən dəhşətli dərəcədə sarsıtdı. O qədər stress yaşadım ki, hətta bir gün dərman içib özümü də zəhərlədim, güclə sağaltdılar məni. Anamgil elə bildilər ki, sınaq imtahanından az bal yığıdığıma görə belə olmuşam. Dərdimi heç kimə deyə bilmirəm. Anam bir neçə vaxt idi ki, əzgin idi, elə hey qaytarırdı. Bir gün yaxın rəfiqəsiylə telefonda danışanda hamilə olduğunu eşitdim, elə bil dünyam yıxıldı.Atam 9 aydan çox idi ki, evə gəlmirdi. Haraya qaçım bilmədim. Əmim gəldi ağlıma, ona deyim deməyim fikirləşərkən yuxuya dalmışam. Oyananda gecə idi, mətbəxdən əmimlə anamın səsi gəlirdi. Asta-asta ora keçəndə onların danışığından az qala şok oldum. Əmim anama bu uşağı saxlamasını istəyirdi. Dedi ki, anama: Saxla, bu bizim məhəbbətimizin yadıgarıdır.Anamsa ona cavabında dedi ki, dəlisən, el-aləm daş-qalaq edər bizi. Əvvəl-əvvəl bir şey başa düşmədim, qulaqlarım küyüldəyirdi, divarlar üstümə gəlirdi. Qorxudan, həyəcandan yerimə gəldim.Hər şeyi yenidən beynimdə analiz eləməyə başladım. Onların hərəkətləri, əmimin bizdə qalmaları məni qəflət yuxusundan oyatdı. Səhər əmim məni rayon mərkəzində yerləşən məktəbə sınaq imtahanına apardı, maşında tək bir kəlmə belə danışmadım. Anam da bizimlə idi, o da həkimə gedirdi. Təbii ki, sınaqda heç bir şey yaza bilmədim, evə qayıdanda isə bir ovuc dərman içdim. İndi artıq 2 aydır ki, bu hadisəni bilə-bilə halsız vəziyyətdə yaşayıram. Onları artıq rəsmən güdməyə başlamışam. Gecə əmimin gizlicə anamın otağına keçməyini belə görürəm. Mən nə edim? Nənəmə desəm nə olar? Atama desəm nə olar? Bilmirəm, heç nə bilmirəm. Allahdan bir ölüm də gəlmir ki, məni alıb aparsın. Bu yaxınlarda atam gələcək. Onda birdən mənim ağzımdan çıxsa bu əhvalat, o da anamı öldürsə?
Əlavə Edilib: 13-07-2021 10:20:02
Maraqlı Hekayələr