"İlk seksin qorxuları" Erotik Hekayeler Sex Hekayeler
İlk Seksin Qorxuları
İlk seksual təcrübə sovet dövrü ilə müqayisədə indi nisbətən asanlaşıb. İnternet əsrinin olduğunu nəzərə alsaq, bu mövzuda gənclərin nə qədər sərbəst olduğunu anlamaq elə də çətin deyil. Amma bu məsələnin təhlükəli tərəfləri də mövcuddur. Androloq-seksopatoloq Həsən Səmədov mövzu ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, ilk seksual təcrübə ilə əlaqədar gənclərin cinsi yetişkənlik dövründə az maariflənməsi onları ağır xəstəliklərə düçar edə bilər. “12-15 yaş arası kişilərdə cinsi yetişkənlik dövrüdür. Bu dövrdə qana çox miqdarda hormon sintez olunur və kişilərdə cinsi həvəs oyanır. Bu dövrdə məlumatın azlığı, savadsızlıq təsadüfi cinsi əlaqələrə gətirib çıxarır. Əsas məsələ də budur ki, gənclər tanımadığı insanlarla, bilmədiyi yerdə cinsi əlaqədə olurlar. Əksəriyyət hətta qoruyuculardan istifadə etmir, bu da infeksiyalara yoluxmaya gətirib çıxarır. Bu infeksiyalar honoreya, siflis, trixomoniaz və son dövrlərdə də geniş yayılan hepatit C və AİDS kimi xəstəliklərdir”. Seksopatoloqun sözlərinə görə, cinsi yolla yoluxan infeksiyalardan başqa, ilk cinsi əlaqədə baş verən psixoloji problemlər sonradan psixoloji cinsi zəifliyə də gətirib çıxarır. “Psixoloji cinsi zəiflik kişilərin gələcək həyatında ona problemlər yaradacaq. Belə ki, növbəti qadınla olan münasibətində və yaxud da ailə həyatı qurandan sonra olan münasibətdə psixoloji problemlər yaşanır. Bundan başqa, kifayət qədər müxtəlif problemlər ola bilər. Təsəvvür edin ki, lüğətdə nə qədər söz varsa, o qədər də müxtəlif ola bilər. Bundan başqa hansısa faktor və səbəb gənc kişinin xoşuna gəlməyə bilər. Məsələn, qadının danışığı. Belə ki, beynində qurduğu qadın obrazının onun fikrinə uyğun gəlməməsi, gördüyü ilə düşündüyünün eyni olmaması, qadının ona dediyi bəzi sözlər və fikirlər, qadın cinsi orqanına qarşı olan ikrah hissi, iyrənmə və s. bu tipli problemlər gələcəkdə psixoloji gərginlik yarada bilər”. H. Səmədov sovet vaxtı gənclərdə daha sürətlə cinsi fəaliyyətə səy yox idi. “İndi isə cinsi yetişkənliyə çatan uşaqlar bir-biri ilə bəhsə girirlər ki, kim tez cinsi əlaqədə oldu və kim necə oldu… Və hər kəsin özünəməxsus olan sözləri artıq bir neçə nəfərin arasına bəhs və mübahisə eləmək vasitəsi kimi istifadə olunur. Amma sovet dövrü bu söhbətlər qapalı idi. Belə ki, o vaxt gigiyena və epidemiologiya qaydaları daha yüksək səviyyədə idi. İndi bəzən insanlar xəstələnir, infeksiya daşıyıcısı olur və bununla bərabər onu müalicə etdirmir. Hətta bilə-bilə bir-birinə yoluxdururlar”. Seksopatoloq sözlərinə görə, sovet dövrü ilə müqayisədə indi gənclər seks və cinsi əlaqə barədə düşüncələri gizli saxlamırlar. “Fahişələrlə qeyri-ənənəvi cinsi əlaqə gənclərdə bir sıra problemlərə gətirib çıxarır. Anal və oral sekslə yoluxan elə infeksiyalar var ki, onlara hətta adi dərmanlar təsir etməyə bilir”. Həkim-mütəxəssis gənclərə öz məsləhətini bildirib: cinsi əlaqədə olmaq həvəsinə düşəndə tanımadıqları və bilmədikləri adamlarla cinsi əlaqədə olmasınlar. “Qoruyucudan mütləq istifadə edilməlidir, kim yoluxucu xəstəlik tapıbsa, dərhal həkimə müraciət etsin”.
Əlavə Edilib: 13-07-2021 12:52:03
Maraqlı Hekayələr