"Ərimə qarşı sevgim bitib…" Erotik Hekayeler Sex Hekayeler
Ərimə Qarşı Sevgim Bitib…
Salam, mənim 18 yaşım var. 3 ildir ki, ailə qurmuşam. 9 ayliq bir qizim var. Ancaq mən xoşbəxt deyiləm. Yani həyat yoldaşıma qarsı butun hisslərim ölub. Onunla mehriban davrana bilmirəm.. Nə danışmaq, nə nəvaziş göstərmək, nə də intim yaxınlıq etmək istəmirəm… Səhv düşünməyin, xahiş edirəm, həyatımda başqa bir insan yoxdur… Amma niyə soyuram yoldaşımdan, səbəbini özüm də bilmirəm. Necə davranım, nə edim bilmrəm, Hər ailədə olduğu kimi bizim ailədə də arada kiçik söz-söhbətimiz olur. Bundan başqa mənə qarşı heç bir kobud hərəkəti, rəftarı yoxdur, ancaq mən daha yoldasımı sevmirəm… Halbuki sevib evlənmişdik. Çünki mənim yoldaşım qumar düşkünüdür. Hər ay bilirəm ki, nə qədər borc eləyir. Mənim 2 evim var, kiradədir. İkisindən ayda 300$ alıram, hərdən 250 manat olur. Bütün bu pulları çox vaxt onun borcuna verirəm. Özüm isə uşağa bir pambers ala bilməyəcəyim qədər imkansız oluram. Bəlkə bu hadisələr soyudur məni ərimdən. O, qumarda, hətta anamgilin toyda mənə hədiyyə etdikləri 10 qramlıq üzüyü, 40 qramlıq boyunbağını belə uduzub. Təzəlikcə də anamın ad günümdə mənə hədiyyə etdiyi 10 qramliq boyunbağını uduzub. Üzünə qarşı heç nə demirəm, amma içim-içmi yeyir, əl çəkmir bu pis vərdişdən… Daha doğrusu əl çəkməyə çalısır, ancaq alınmır. Bir az ara verir, sonra yenə başlayır, buna görə də onda zəhləm gedir, qəlbim qırılıb artıq.. Xahiş edirəm mənə məsləhət verin, mən nə edim???
Əlavə Edilib: 13-07-2021 13:51:01
Maraqlı Hekayələr